Şalva Papuaşvili - müxalifətin bir hissəsi tərəfindən Gürcüstana qarşı hansısa tədbirlərin görülməsinə cəhd edilir, bu öz ölkənə qarşı hibrid müharibəsidir
Şalva Papuaşvili - müxalifətin bir hissəsi tərəfindən Gürcüstana qarşı hansısa tədbirlərin görülməsinə cəhd edilir, bu öz ölkənə qarşı hibrid müharibəsidir

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili müxalifətin bir hissəsi tərəfindən Gürcüstana qarşı hansısa tədbirlərin görülməsinə cəhd edildiyini bildirir.

Papuaşvilinin jurnalistlərə də açıqladığı üzrə, müxalifətin bir hissəsinin yürütdüyü siyasət ölkəyə qarşı hibrid müharibəsidir.

“Gəminin daxil olub-olmaması, hərbi təyyarənin uçub-uçmaması kimi kampaniyalara şahid oluruq, bunların hamısı mütləq saxtakarlıqdır. Bütün bunlar öz ölkənə qarşı informasiya müharibəsidir. Şahid olduqlarımız Gürcüstana qarşı hibrid müharibəsidir, hansısa ölkə və ya təşkilat tərəfindən nəsə bir reaksiyaya səbəb ola bilmə və bununla da Gürcüstan hakimiyyətini zəiflədə bilmək üçün ölkənin informasiya diskreditasiyası aparılır. Təəssüf ki, bu siyasəti müxalifətin bir hissəsi həyata keçirir. Əsas odur ki, bu siyasəti ifşa edək və dəstəkləməyək”- deyə Şalva Papuaşvili bildirib.