Şalva Papuaşvili - müxalifət və qeyri-hökümət təşkilatlarının qrupu kimi anti-gürcü hərəkatı yaranıb
Şalva Papuaşvili - müxalifət və qeyri-hökümət təşkilatlarının qrupu kimi anti-gürcü hərəkatı yaranıb

Müxalifət və qeyri-hökümət təşkilatlarının qrupu kimi anti-gürcü hərəkatı yaranıb -Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Mestiada jurnalistlərə bildirib.

Gürcüstan parlamentinin sədri yeddi müxalifət partiyası və qeyri-hökumət təşkilatının nümayəndələrinin sabaha planlaşdırdıqları aksiyaya münasibət bildirib.

“Müxalifət və qeyri-hökümət təşkilat qrupu artıq rəsmiləşmiş simbiozdur. İndiyə qədər bunu gizlətməyə çalışırdılar, amma bu gün artıq görünür. Bu, qeyri-hökumət təşkilatlarının müəyyən bir qrupunun və müxalifətin bir simbiozu, bir orqanizmidir və onların bir sponsoru, bir himayədarı, bir motivasiya verəni və bir plan qurucusu var. Bu, müxalifət və qeyri-hökumət təşkilatlarının qrupu şəklində təşkil olunmuş anti-gürcü hərəkatıdır. Nə yaxşı ki, gürcü xalqı bu anti-gürcü hərəkatı görür. Bütün maskalar çıxarıldı və bizim nə ilə işimiz olduğu hamıya aydın oldu – bu kiçik qrup, sonda, anti-gürcü hərəkatı kimi təqdim olunacaq və gürcü xalqı tərəfindən belə görünəcək”, – deyə Papuaşvili bildirib.