Şalva Papuaşvili - müxalifət təkcə "zəng mərkəzləri" məsələsində ikiüzlü deyil,  biz rus millətindən olan insanlara qarşı ksenofobiya tərkibli kampaniyanı xatırlayırıq və sonda məlum oldu ki, onlara mənzillər kirayə veriblər

Müxalifət təkcə “zəng mərkəzləri” məsələsində ikiüzlü deyil,  biz rus millətindən olan insanlara qarşı ksenofobiya tərkibli kampaniyanı xatırlayırıq və sonda məlum oldu ki, onlara mənzillər kirayə veriblər – bu barədə parlamentin sədri Şalva Papuaşvili deyib.

Papuaşvilinin fikrincə, məhz bu, müxalifətin simasıdır.

“Onların öz medialarında danışdıqları başqa, əsl simaları başqadır. Ən yaxşısı odur ki, gürcü cəmiyyəti bu real simanı görür. Onların olmayan reytinqi buna işarə edir. Faktiki olaraq insanların  inamını sıfıra endiriblər. Məhz bu inam olmadığı üçün aralıq seçkilərdə namizəd irəli sürmədilər. Onlar, növbədənkənar seçkilərdən və 2024-cü ildən danışırlar, bu yaxınlarda isə namizədin adını çəkməyə belə cəsarət etmədilər”  – Papuaşvili bildirib.