Şalva Papuaşvili Moldovanın vitse baş naziri ilə görüşüb
Şalva Papuaşvili Moldovanın vitse baş naziri ilə görüşüb

 

Parlamentin sədri Şalva Papuaşvili Moldova Respublikasının Reinteqrasiya Məsələləri üzrə vitse baş naziri Oleq Serebrianla görüşüb.

Tərəflər həm tarixi, həm də geosiyasi perspektiv baxımdan Gürcüstan və Moldova arasında xüsusi əlaqələri vurğulayıblar. Görüşdə ümumi Avropa gündəliyinə, xüsusən də Avropa İttifaqının tövsiyələrinin icrası prosesinə toxunulub. Tərəflər parlamentlər arasında əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyinə diqqət çəkiblər. Həmçinin regional təhlükəsizlik çağırışlarını və Rusiyanın Ukraynadakı müharibəsinin nəticələrini müzakirə ediblər.

“Moldova və Gürcüstanın ortaq cəhətləri çoxdur. İyun ayından bəri biz də Avropaya inteqrasiya prosesini bölüşürük. Bu, tarixi əhəmiyyət kəsb edən dövrdür, bu dövrdə bir-birimizi dəstəkləməli və təcrübə mübadiləsi aparmalıyıq”-deyə Şalva Papuaşvili açıqlayıb.

Moldova Respublikasının vitse baş naziri Oleq Serebrian Gürcüstan və Moldova arasında münasibətlərin həm tarixi, həm də geosiyasi perspektivlər baxımından xüsusi xarakter daşıdığını bildirib.

“Bizim separatizm və işğal olunmuş ərazilər kimi oxşar çağırışlarımız var ” – deyə Oleq Serebrian görüş zamanı qeyd edib.