Şalva Papuaşvili - Moldova, Ukrayna, Gürcüstan hər birimiz öz bədəlimizi ödəmişik, ölçülüb-biçilmələri, kimin nə böyüklükdə bədəl ödədiyinin müqayisə edilməsini düzgün hesab etmirəm
Şalva Papuaşvili - Moldova, Ukrayna, Gürcüstan hər birimiz öz bədəlimizi ödəmişik, ölçülüb-biçilmələri, kimin nə böyüklükdə bədəl ödədiyinin müqayisə edilməsini düzgün hesab etmirəm

 

Belə bəyanatlar heç də xoş deyil, çünki ölçülüb-biçilmələri, kimin nə böyüklükdə bədəl ödədiyinin müqayisə edilməsini düzgün hesab etmirəm- Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ukrayna Prezident Administrasiyasının müşaviri Mixail Podolyakın növbəti bəyanatını belə qiymətləndirib.

“Moldova, Ukrayna, Gürcüstan hər birimiz öz bədəlimizi ödəmişik və öz töhfəmizi vermişik. Bu 30 il hər üç ölkə üçün mübarizə illəridir. Beləliklə, biz hamımız qurban və Avropa gələcəyinə öz töhfəmizi vermişik. Məhz bu səbəbdən də indi bir-birimizi dəstəkləməyimiz önəmlidir və bu Assosiativ Üçlük birlikdə namizədliyə daxil olmalıdır” -deyə Şalva Papuaşvili bildirib.

Xatırladaq ki, Ukrayna Prezident Administrasiyasının müşaviri Mixail Podolyak sosial şəbəkə vasitəsilə Gürcüstanın baş naziri İrakli Ğaribaşviliyə müraciət edir: “Ukrayna Avropa demokratiyasını seçərək dəhşətli bədəl ödəyir, dəyərlər faydadan önəmlidir, sizin üçün önəmli olan nədir, müraciətin nömrəsimi?”.