Şalva Papuaşvili - Mindiaşvili nifrət etməkdə tamamilə azaddır, problem Amerika xalqının pulun buna xərclənməsidir
Nifrət ifadəsi həm də ifadə azadlığıdır, problem ondadır ki, nifrət nitqi ABŞ tərəfindən və ABŞ xalqı adından maliyyələşdirilir, – deyə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, o, əmindir ki, nifrət nitqinin onların vergiləri hesabına maliyyələşdirilməsi Amerika xalqının marağında deyil.
“Nifrət nitqi, radikalizm və kilsə əleyhinə radikalizm, eləcə də düşmənçilik ritorikası dövlət qurumu ilə əlaqəli olduqda və ya kənardan maliyyələşdikdə problemə çevrilir. Ona görə də Beka Mindiaşvili özü istədiyi kimi nifrət edə bilər, bu onun tam azadlığıdır, amma Amerika xalqının pulu buna xərclənməsi bir problemdir. Mən əminəm ki, nifrət nitqinin onların vergiləri hesabına maliyyələşdirilməsi ümumiyyətlə Amerika xalqının marağında deyil”, – Papuaşvili bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev