Şalva Papuaşvili - “Milli Hərəkat” öz namizədinin vitse-spiker olması üçün 56 səs toplamalıdır, deputatları razı sala bilməsələr, seçilə bilməyəcək
Şalva Papuaşvili - “Milli Hərəkat” öz namizədinin vitse-spiker olması üçün 56 səs toplamalıdır, deputatları razı sala bilməsələr, seçilə bilməyəcək

 
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Milli Hərəkat”ın vitse-spiker vəzifəsinə onların namizədini dəstəkləməsi üçün azı 56 deputatı razı salması gərəkdiyini bildirib.

O, onların buna qayğı göstərməsi, fraksiya və ya siyasi qruplarla məsləhətləşmələr aparmaları gərəkdiyini söyləyib.

“Reqlamentə və konstitusiyaya əsasən, parlament üzvü azad mandata malikdir. Bu o deməkdir ki, səsə qoyulan məsələyə dəstək verib-verməməyə o qərar verir. Hansı düyməyə basmağa ancaq deputat qərar verir, nə reqlament, nə də başqa qətnamə onu heç nəyə məcbur edə bilməz. Bu səbəbdən qərarı parlament, parlament çoxluğu verməlidir. Bundan irəli gələrək, namizədi irəli sürən fraksiyanın digər fraksiyalar və ya siyasi qruplarla məsləhətləşməsi vacibdir. Səhv etmirəmsə, bu gün “Milli Hərəkat”ın fraksiyada 20 üzvü var, vitse-spiker seçmək üçün 76 səs lazımdır, onlara 56 səs çatmır. Onlar 56 səs toplamaq üçün qayğı göstərməlidirlər. 56 nəfər tapmalıdırlar. Nə bilim, haradan tapmaq istəyirlərsə, oradan tapsınlar. 20 nəfərdirlər, vitse-spiker olmaq üçün 56 nəfər lazımdır. Bu, artıq siyasi hissədir, fraksiyalarında olmayan ən azı 56 deputatı buna inandırmalıdırlar. İnandırsalar, seçiləcək, inandıra bilməsələr, seçilə bilməyəcək” – deyə Şalva Papuaşvili açıqlayıb.