Şalva Papuaşvili – “Milli Hərəkat” növbədənkənar seçkilərdə maraqlı deyil və məqsədi ölkədə dağıdıcı hərəkətlər etməkdir

18:47, 08.11.2021

Parlamentin Təhsil komitəsinin sədri Şalva Papuaşvilinin sözlərinə görə, “Milli Hərəkat” növbədənkənar seçkilərdə maraqlı deyil və məqsədi ölkədə dağıdıcı hərəkətlər etməkdir.

Jurnalistlərə bəyanat verən Şalva Papuaşvili bu gün planlaşdırılan mitinqə cavab verib və qeyd edib ki, parlament və özünüidarəetmə seçkiləri zamanı müxalifətin hətta seçki proqramı belə olmayıb və seçkilərdən yan keçərək dağıdıcı hərəkətlərlə nəyəsə nail olmağa çalışıb.

“Əhali onlara hökumətdən mandat verməkdən imtina edir. “Milli Hərəkat” da buna öyrəşib. Onların məqsədi nizamsızlıqdır. Saakaşvilinin Gürcüstana gizlincə gəlməsində məqsəd vəziyyəti qarışdırmaq olub. Onlar inkar etmirlər ki, onların məqsədləri hökuməti legitimləşdirmək və hakimiyyəti ələ keçirməkdir ki, xalq tərəfindən onsuz da mandata sahib deyillər”, – Papuaşvili bildirib.

Oxşar