Şalva Papuaşvili - “Milli Hərəkat” bu ölkəni silkələdi və sonda özləri parçalandılar
Şalva Papuaşvili - “Milli Hərəkat” bu ölkəni silkələdi və sonda özləri parçalandılar

 
“Milli Hərəkat”ın mövcud radikal gündəminin məntiqi sonu budur, onlar bu ölkəni silkələdilər və sonda özləri parçalandılar – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.

O, problemi “Milli Hərəkat”ın rəhbərliyində deyil, onların hər mənada əhalinin mənafeyindən, eləcə də demokratiya və hüquqi dövlətin elementar prinsiplərindən uzaq olmalarında görür.

“Ümumiyyətlə bu, onların ölkələri üçün etmək istədikləri və partiyalarında baş verənlərdir. Sahib olduqları radikal gündəmin məntiqi sonu budur. Onlar bu ölkəni silkələdilər və sonda özləri parçalandılar. Sədrin seçilməsinə gəlincə, kimin seçiləcəyi önəmli deyil. Problem “Milli Hərəkat”ın rəhbərliyində deyil, onların hər mənada əhalinin mənafeyindən, eləcə də demokratiya və hüquqi dövlətin elementar prinsiplərindən uzaq olmalarındadır. Belə ki, ümumilikdə bu problemdir. Bu problem həll olunmayana kimi kimin sədr olmasının əhəmiyyəti yoxdur”- deyə Şalva Papuaşvili açıqlayıb.