Şalva Papuaşvili Milli Demokratiya İnstitutunun Gürcüstan ofisinin direktoru ilə görüşüb
Şalva Papuaşvili Milli Demokratiya İnstitutunun Gürcüstan ofisinin direktoru ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Milli Demokratiya İnstitutunun (NDİ) Gürcüstan ofisinin direktoru Alan Qillamla görüşüb.

Parlamentin mətbuat xidməti görüşdə parlamentin 2022-ci ildəki fəaliyyəti, onun nəticələri və 2023-cü ilin planları, o cümlədən Avropa İttifaqının 12 tövsiyəsinin icrası prosesi barədə müzakirə aparıldığına dair məlumat yayır.

Alan Qillam Milli Demokratiya İnstitutunun Gürcüstan parlamentinə müxtəlif istiqamətlərdə dəstəyini davam etdirməyə hazır olduğunu qeyd edib.