Şalva Papuaşvili - Milli Assambleyanın prezidenti Portuqaliyanın Avropaya inteqrasiya yolunda dəstəyini bir daha təsdiqlədi, dünya təhlükəsizliyinə verilən töhfəyə görə bizə təşəkkür etdi
Şalva Papuaşvili - Milli Assambleyanın prezidenti Portuqaliyanın Avropaya inteqrasiya yolunda dəstəyini bir daha təsdiqlədi, dünya təhlükəsizliyinə verilən töhfəyə görə bizə təşəkkür etdi

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Portuqaliya Respublikasına rəsmi səfəri çərçivəsində Milli Assambleyanın prezidenti Avqusto Santos Silva ilə görüş keçirdiyini, görüş zamanı Cənubi Qafqaz və Qara dəniz bölgəsində cari hadisələri, təhlükəsizlik mühitini, eləcə də Rusiyanın Gürcüstana qarşı təcavüzkar siyasətini və işğal olunmuş bölgələri müzakirə etdiklərini bildirib.

“Portuqaliyaya Gürcüstanın ərazi bütövlüyünü və işğal olunmuş bölgələrin tanınmaması siyasətini dəstəklədiyinə görə minnətdarlığımı bildirdim. Biz diplomatik münasibətlərin 30 illiyini vurğuladıq və Gürcüstan-Portuqaliya əməkdaşlığının potensialından tam istifadənin vacib olduğunu qeyd etdik. Görüşdə sahə komitələri və dostluq qrupları səviyyəsində parlament əlaqələrinin gücləndirilməsindən danışdıq” -deyə Şalva Papuaşvili sosial şəbəkədə yazır.

Bununla yanaşı, Papuaşvili Milli Assambleyanın prezidentinin Portuqaliyanın Gürcüstana Avropa və Avro-atlantik məkana inteqrasiya yolunda dəstəyini bir daha təsdiqlədiyini qeyd edir.

“Aİ-nin tövsiyələrinin yerinə yetirilməsi baxımından Gürcüstanın əldə etdiyi irəliləyiş və gözləntilərdən danışdıq. Milli Assambleyanın prezidenti Portuqaliyanın Gürcüstana Avropa və Avro-atlantik məkana inteqrasiya yolunda dəstəyini bir daha təsdiqlədi. Həmçinin, gürcü tərəfinə Avropanın və dünyanın təhlükəsizliyinin möhkəmləndirilməsinə verdiyimiz töhfəyə görə təşəkkür etdi. Avropa İttifaqına üzvlük yolunda Portuqaliyanın təcrübəsi və dəstəyi bizim üçün dəyərlidir”-deyə Şalva Papuaşvili yazır.