Şalva Papuaşvili – Mixeil Saakaşvilinin videogörüntülərinin yayılmasının öz əsası var idi

15:22, 18.11.2021

Gürcüstan parlamentinin Təhsil komitəsinin sədri Şalva Papuaşvili deyir ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin cəzaçəkmə müəssisəsində videogörüntülərinin yayılmasının öz əsası var.

Şalva Papuaşvilinin qeyd etdiyi kimi, qarşı tərəfin ictimai marağının yüksək olması səbəbindən Ədliyyə Nazirliyi görüntüləri dərc edəcək.

“Müxalifət kadrların ictimailəşdirilməsinin, tirajlanmasının Saakaşvilinin şərəfinin alçaldılmasından danışır və eyni zamanda bu kadrların 24 saat tirajı “TV Pirveli”, “Mtavari kanal”da , ” Formulada” gedir. 24 saatdan sonra bunlar ikinci və ya üçüncü kadrlardır və müxalifət özü də bu kadrları təkrarlayır. Əgər müxalifət və müxalifət mediası Saakaşviliyə hörmətlə yanaşırlarsa və bu ikiüzlülük deyilsə, o zaman sual olunur ki, niyə eyni kadrları təkrarlayırlar? Əxlaq kürsüsündən danışsalar ki, bu kadrlar kiminsə namusunu tapdalayır? Görünür ki, media bu kadrları özləri təkrarlayır”, – Şalva Papuaşvili bildirib.

Oxşar