Şalva Papuaşvili - Mixeil Saakaşvilinin cəzasının onun siyasi fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur
Mixeil Saakaşvilinin cəzasının onun siyasi fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur- bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlayıb.
Şalva Papuaşvili bildirib ki, Mixeil Saakaşvili Gürcüstan siyasətinə müdaxilə etməsə, yaxşı olar.
“Mixeil Saakaşvili Gürcüstan siyasətinə müdaxilə etməsə, bu, əlbəttə ki, yaxşıdır, çünki onun Gürcüstan siyasətinə müdaxilə etdiyi hər gün, o və onun partiyası Gürcüstan qanunvericiliyini pozurdu, çünki o, Gürcüstan vətəndaşı deyil, üstəlik, o, xarici ölkənin rəsmi məmurudur. Bu müdaxilə birbaşa Gürcüstan qanunvericiliyini pozurdu. Cəzaya gəlincə, onun cəzasının siyasi fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Onun cəzasının Sandro Qirqvlianinin qatillərini himayə etməsi , Valeri Qelaşvilini döydürməsi ilə əlaqədardır və müzakirə edəcəyimiz başqa məsələlər də var. Bunun onun siyasətdə olub-olmayacağı ilə heç bir əlaqəsi yoxdur”-deyə Şalva Papuaşvili bildirib.