Şalva Papuaşvili - Mixeil Saakaşvilinin digər qruplar və ya insanlar haqqında dedikləri əslində onun və onu idarə edən xüsusi xidmət orqanlarının planının nə olduğunun təsviridir
Şahid olduğumuz yeganə diversiya 2022-ci ilin oktyabrında Mixeil Saakaşvilinin konteynerlə Gürcüstana gizlicə daxil olması oldu, məhz bu xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən planlaşdırılan diversiya olub-bu barədə parlamentin sədri Şalva Papuaşvili bildirib.
Papuaşvilinin sözlərinə əsasən, Mixeil Saakaşvili xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən idarə olunan şəxs kimi ölkədə iğtişaşlar yaratmaq və sabitliyi pozmaq üçün seçkilərə iki gün qalmış konteynerlə ölkəyə gətirilib.
“Onun başqa qruplar və ya insanlar haqqında danışdıqları əslində onun və onu idarə edən xüsusi xidmət orqanlarının planının təsviridir. Gürcüstana konteynerlə gizlicə daxil olmuş xarici ölkə vətəndaşı Mixeil Saakaşvili diversiyadan danışmamalıdır” -deyə Papuaşvili açıqlayıb.
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bugünkü məhkəmə iclasında deyib ki, bu gün ölkə səfərbər olunmalıdır, çünki təhlükə altındadır. Saakaşvili bildirib ki, diversiya qrupu Gürcüstana daxil olub, bu səbəbdən o, “mülki müdafiə” üçün qaynar xətt yaratmaq istəyir.