Şalva Papuaşvili Mərkəzi Asiya regionuna rəsmi səfərdədir

15:20, 07.04.2024

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Mərkəzi Asiya regionuna rəsmi səfərdədir. Bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayır.

Onların verdiyi məlumata əsasən, səfər çərçivəsində parlament sədri Özbəkistan, Türkmənistan və Qazaxıstanın qanunvericilik və icra hakimiyyətlərinin rəhbərləri ilə yüksək səviyyəli görüşlər keçirəcək.

“Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi parlament nümayəndə heyətinə aşağıdakılar daxildir: Qazaxıstan Respublikası Parlamenti ilə dostluq qrupunun rəhbəri Kaxa Kaxişvili; Regional siyasət və özünüidarə komitəsinin sədri; Davit Matikaşvili, Türkmənistan Parlamenti ilə Dostluq Qrupunun rəhbəri, Hüquq Məsələləri Komitəsi sədrinin birinci müavini; İrakli Mezurnişvili, Özbəkistan parlamenti ilə dostluq qrupunun rəhbəri, Mədəniyyət komitəsi sədrinin birinci müavini; Baia Kvitsiani, Gürcüstan parlamentinin Təhsil, elm və gənclərlə iş üzrə komitəsinin sədr müavini; Anton Obolaşvili, Gürcüstan parlamentinin üzvü, Maliyyə və Büdcə Komitəsinin üzvü; Sozar Subari, Aqrar Məsələlər Komitəsinin üzvü.

Səfər aprelin 13-də başa çatacaq”, – deyə parlamentin mətbuat xidmətində bildirilib.

Oxşar