Şalva Papuaşvili - Gürcüstanın hər bir vətəndaşını birinci Konstitusiya Günü münasibətilə təbrik edirəm, bir əsr əvvəl qəbul edilmiş bu siyasi sənədlə fəxr edə bilərik
Şalva Papuaşvili - Gürcüstanın hər bir vətəndaşını birinci Konstitusiya Günü münasibətilə təbrik edirəm, bir əsr əvvəl qəbul edilmiş bu siyasi sənədlə fəxr edə bilərik

Gürcüstanın hər bir vətəndaşını dövlətçiliyimizin ən mühüm tarixi olan birinci Konstitusiya Günü münasibətilə təbrik edirəm, – Gürcüstan parlamentinin sədri sosial şəbəkədə yazır.

Papuaşvilinin sözlərinə görə, 1921-ci ildə qəbul edilmiş konstitusiya o dövrün Gürcüstanın hakim elitasının və gürcü cəmiyyətinin mütərəqqiliyini, onun avropalılığını və demokratikliyini aydın şəkildə əks etdirir.

“Bu gün ölkəmiz birinci Konstitusiya Gününü qeyd edir. Məhz bu gün, 1921-ci ildə müstəqil Gürcüstan Demokratik Respublikasının təsisatçılar yığıncağı ölkənin birinci konstitusiyasını qəbul etdi. Biz bir əsr əvvəl qəbul edilmiş, o dövrün Gürcüstanın hakim elitasının və gürcü cəmiyyətinin mütərəqqiliyini, onun avropalılığını, demokratikliyini aydın əks etdirən bu siyasi sənədlə fəxr edə bilərik. Gürcüstanın hazırkı konstitusiyası özündən əvvəlki konstitusiyanın ruhunu tamamilə paylaşır və 2017-ci il düzəlişləri ilə o, dövlət quruluşunun və insan hüquqlarının müdafiəsi ilə bağlı ən təkmil, əsl Avropa sənədlərindən birinə çevrilib. Belə bir konstitusiya ölkəmizin inkişafı üçün zəruri şərtləri, müdafiə olunan və hüquqi mühiti müəyyən edir. Gürcüstanın hər bir vətəndaşını dövlətçiliyimizin ən mühüm tarixi olan birinci Konstitusiya Günü münasibətilə təbrik edirəm” – deyə parlamentin sədri yazır.