Şalva Papuaşvili - məhkəmə "Credit Suisse"-nin ədalətsiz davrandığını təsdiqlədi, bank tərəfindən ədalətsiz hərəkətin aşkar olması üçün bundan artıq nə deyilməlidir
Şalva Papuaşvili - məhkəmə "Credit Suisse"-nin ədalətsiz davrandığını təsdiqlədi, bank tərəfindən ədalətsiz hərəkətin aşkar olması üçün bundan artıq nə deyilməlidir

 

Sistemin açıq şəkildə bütün tənzimləmələri pozaraqdan şəxsə qarşı fəaliyyət göstərməsi təəccüblüdür və narahtlıq doğurur, “Credit Suisse”-nin həm birinci, həm də ikinci məhkəmə tərəfindən təqsirli bilindiyinə şahid olduq-bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Bidzina İvanişvili və “Credit Suisse”ə arasındakı dava haqqında açıqlayıb.

Papuaşvili “Credit Suisse”nin nüfuzunun bir çox səbəbə görə zərər gördüyünü bildirib.

“Sistem tərəfindən buna baxmayaraq şəxsə yönəlik mübarizə davam edirsə, əlbəttə ki, bu, ən azı təəccüblüdür və müəyyən təhlillər aparmaq mümkündür, hərçənd əslində təsadüf olmayan təsadüflər var. “Credit Suisse”nin ili itki ilə başa vurduğunu və nüfuzunun bir çox səbəbə görə zərər gördüyünü bilirik. Anlaşılmaz müqavimət var və məhkəmə bankın ədalətsiz hərəkət etdiyini təsdiqləyib. Bank tərəfindən ədalətsiz hərəkətin aşkar olması üçün bundan artıq nə deyilməlidir”-deyə Papuaşvili açıqlayıb.