Şalva Papuaşvili - Martın 26-da “Dinamo Arena”da nəsillərin arzusu gerçəkləşdi, məqsəd həyata keçdi, Gürcüstanın qələbələrinin tarixi başladı və bu tarix davam edir
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkə vasitəsilə Gürcüstanın futbol komandasının Avropa çempionatında iştirakına münasibət bildirib.
Papuaşvilinin yazdığı üzrə, nəsillərin arzusu gerçəkləşdi və Gürcüstanın qələbələrinin tarixi davam edir.
“Elə anlar olur ki, nəfəs dayanır və bu anın böyüklüyünü daha çox hiss etmək üçün yalnız ürəyin döyüntüsü və sakit bir səs eşidilir.
Martın 26-da “Dinamo Arena”da elə bir məqam oldu ki, Gürcüstanın ürəyi daha üstün, əziz və möhtəşəm bir şeyin intizarında nəfəsini kəsdi və bildiyimiz şey gərçəkləşdi! Nəsillərin arzusu gerçəkləşdi, məqsəd gerçəkləşdi, qalib gəldik, qələbə çaldıq!
Gürcüstanın qələbələrinin tarixi başlayıb və bu tarix davam edir!”, – Şalva Papuaşvili yazır.
Gürcüstan Yunanıstanı penaltilər seriyasında məğlub edərək tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb.