Şalva Papuaşvili Malta parlamentinin sədri ilə görüşüb
Şalva Papuaşvili Malta parlamentinin sədri ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Malta Respublikasının parlament sədri Ancelo Paruca ilə görüşüb.

Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatında görüşdə Gürcüstanın Avropa perspektivinin Avropa İttifaqı tərəfindən tanınması ilə Gürcüstan və Malta arasında ikitərəfli münasibətlərdə əlaqələrin gücləndirilməsinə ehtiyac yarandığınının qeyd olunduğu deyilir. Verilmiş məlumatda iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsində yüksək səviyyəli səfərlərin əhəmiyyətinin vurğulandığı qeyd olunub.

“Tərəflər parlamentlərarası əlaqələrdən, o cümlədən sahə komitələri arasında əməkdaşlıqdan danışıblar. Həmçinin iki ölkə arasında xalqlar arasında münasibətlər, təhsil, dənizçilik, nəqliyyat, enerji və digər sahələrdə tərəfdaşlıq əlaqələri müzakirə edilib. Şalva Papuaşvili Ancelo Paruca ilə Gürcüstanın Avropa İttifaqına daxil olmaq yolunda əldə etdiyi irəliləyişindən danışıb. O, Gürcüstanın Avropa İttifaqının 12 tövsiyəsini uğurla yerinə yetirdiyini qeyd edib və ilin sonunda Maltanın Gürcüstana Avropa İttifaqına namizəd statusunun verilməsini dəstəkləyəcəyinə ümid etdiyini bildirib. Ancelo Paruca Gürcüstan parlamentinin nümayəndə heyətinə Maltanın Avropa İttifaqına qoşulma baxımdan təcrübəsi barədə danışıb və bu məsələdə Gürcüstana tam və qeyd-şərtsiz dəstəyini ifadə edib”-deyə məlumatda deyilir.