Şalva Papuaşvili - Macarıstanda planlaşdırılan və Gürcüstanın Baş nazirinin dəvət olunduğu konfransı Amerika Mühafizəkarlar İttifaqı təşkil edir, sizə məsləhət görərdim ki, ABŞ səfirindən bunun faşist təşkilat olub-olmadığını soruşasınız
Konfransın təşkilatçısı Amerika Mühafizəkarlar İttifaqıdır. Sizə məsləhət görərdim ki, ABŞ səfirindən bunun, sizin dediyiniz kimi faşist təşkilat olub-olmadığını soruşasınız – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə sualın cavabında deyib.
Belə ki, sual Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin iştirak edəcəyi Macarıstanda mühafizəkar siyasi fəaliyyət konfransına toxunub.
Şalva Papuaşvili Aİ-yə üzv olan bütün dövlətlərlə işləməyin vacib olduğunu və hökumətin avropalı həmkarlar ilə ünsiyyət üçün bütün formatlardan istifadə etdiyini bildirib.
“Reyqan, Buş, Donald Trampı faşist prezident mi adlandırırsınız? Müxalifətdən faşist və anti-qərb olması ilə bağlı qiymətləndirmələr eşitdik. Belə çıxır ki, Reyqan, Buş və Tramp anti-qərbdirlər. Bu konfransın tarixi, mövqeləri ilə maraqlanırsınızsa, Gürcüstanda ABŞ səfirliyi təmsil olunur və ondan konfransı nə dərəcədə anti-qərb, faşist və ya varsa başqa termin hesab etdiyini soruşaq. Bu, Gürcüstanın Baş nazirinin dəvət olunduğu və məhz amerikalı mühafizəkarların təşkil etdiyi mühüm tədbirlərdən biridir. Təbii ki, biz avropalı həmkarlarımızla ünsiyyət qurmaq üçün bütün formatlardan və forumlardan istifadə edirik.
Bilirsiniz, keçən həftə mən Aİ-yə üzv dövlətlərin parlament sədrlərinin konfransının keçirildiyi Çexiyada, Praqada oldum. Təbii ki, bu, istər Macarıstandan, istərsə də digər ölkələrdən Avropa perspektivinə dəstək almaq üçün vasitədir. Bu səbəbdən Aİ-nin bütün üzv dövlətləri ilə işləmək vacibdir”-deyə Papuaşvili açıqlayıb.