Şalva Papuaşvili Lüksemburqun Nümayəndələr Palatasının vitse-prezidentləri ilə görüşüb
Şalva Papuaşvili Lüksemburqun Nümayəndələr Palatasının vitse-prezidentləri ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Lüksemburqun Nümayəndələr Palatasının vitse-prezidentləri və parlament üzvləri ilə görüşüb.

Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatında tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi yollarını və parlament əlaqələrinin aktivləşdirilməsini müzakirə etdikləri deyilir.

Şalva Papuaşvili Şimali Atlantika Alyansının və Avropa İttifaqının təsisçi ölkələrindən biri kimi Lüksemburqla münasibətlərin Gürcüstan üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Gürcüstan parlamentinin sədri lüksemburqlu həmkarlarına Avropa İttifaqının 12 tövsiyəsinin həyata keçirilməsindəki irəliləyiş barədə məlumat verib.

Lüksemburq tərəfi Gürcüstanla ikitərəfli və çoxtərəfli münasibətləri daha da inkişaf etdirməyə hazırlıq ifadə edib və Lüksemburqun Gürcüstanın Aİ-yə üzvlük yolunda səylərini dəstəklədiyini qeyd edib. Görüşdə tərəflər həmçinin Cənubi Qafqaz və Qara dəniz regionunda cari hadisələrə, eləcə də Gürcüstanın artan tranzit roluna və geosiyasi əhəmiyyətinə toxunublar.

Parlament nümayəndə heyətinin tərkibinə parlamentin sədri ilə yanaşı Maka Bochorişvili, Qiorqi Amilaxvari, Xatia Tsilosani, Rima Beradze, Elquca Qotsiridze və Xatuna Samnidze daxildir.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.