Şalva Papuaşvili - Luqar laboratoriyası şəffafdır, bununla bağlı sual işarəsi yoxdur
Luqar laboratoriyası şəffafdır və bununla bağlı heç bir sual işarəsi yoxdur, -bu barədə parlamentin spikeri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfindən Luqar laboratoriyası ilə bağlı verilən açıqlamalar yeni deyil.
” Luqar laboratoriyası ilə bağlı bu, ilk və yeni bəyanat deyil və buna dəfələrlə cavab verilib. Luqar laboratoriyası şəffafdır və bununla bağlı heç bir sual işarəsi yoxdur.
Hansı qlobal vəziyyətdə olduğumuzu görürük. Bu müharibədə tərəflər müvafiq informasiya siyasətinə malikdirlər. Gürcüstan hökumətinin vəzifəsi bu ölkədə həm sülhü, həm də əmin-amanlığı qorumaqdır. Bütün addımlarımız bundan irəli gəlir” -deyə Papuaşvili bildirib.
Onun sözlərinə görə, təəssüflər olsun ki, müxalifətin bir hissəsi hətta Ukrayna ilə həmrəylik məsələsində də siyasi qüvvələr arasında nifaq axtarmağa çalışır.
“Ümumiyyətlə, biz təhlükəsizlik risklərinin artmasından danışırıq, buna görə də müxalifətin bir hissəsinin ölkəni necə qızışdırmaqla məşğul olması yerinə, bu halda sülh və əmin-amanlığı qorumaq üçün hamının hakimiyyət ətrafında, o cümlədən iqtidar ətrafında birləşməsi vacibdir. Digər tərəfdən, Ukraynaya həmrəyliyin elan edilməsi məsələsində çat olmamalıdır, təəssüf ki, müxalifətin bir hissəsi hətta həmrəylik məsələsində belə siyasi qüvvələr arasında çat axtarmağa çalışır”- deyə Şalva Papuaşvili bildirib.