Şalva Papuaşvili Litvanın dövlət bərpası günü münasibətilə təbrik edib
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litvanı Dövlət Bərpası Günü münasibətilə təbrik edib.
Bu barədə parlamentin sədri “Twitter” sosial şəbəkəsində yazır.
“Əziz litvalı dostlar, sizi Litva dövlətinin bərpasının 104-cü ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Güclü və dözümlü olun. Biz Gürcüstan-Litva tərəfdaşlığı ilə fəxr edirik. Təbrik edirəm”, – yazıb Şalva Papuaşvili “Twitter”də.