Şalva Papuaşvili Krımın beynəlxalq platformasının ilk parlament sammitində iştirak edəcək
Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvili Parlament nümayəndə heyəti ilə birgə oktyabrın 24-26-da Xorvatiyanın Zaqreb şəhərinə səfər edəcək.
Parıamentin mətbuat xidmətinin məlumatına görə, Şalva Papuaşvili Krımın beynəlxalq platformasının ilk parlament sammitində iştirak edəcək
Elə onların məlumatına görə, sammit çərçivəsində Parlamentin sədri iştirakçılara müraciət edəcək. Səfər çərçivəsində Parlament sədrinin və Parlament nümayəndə heyətinin ikitərəfli görüşləri nəzərdə tutulub.
“Krım Beynəlxalq Platformasının ilk parlament sammitində 32 Parlamentin, beş beynəlxalq parlament təşkilatının 43 nümayəndə heyəti və 26 Parlament sədri iştirak edəcək.
Tədbir çərçivəsində sammitin əsas proqramı – plenar iclasa paralel olaraq müzakirə panelləri də keçiriləcək.
Gürcüstan Parlamentinin nümayəndə heyətinə Parlamentin sədri ilə birlikdə vitse-spiker, Arçil Talakvadze və xarici əlaqələr komitəsinin sədri, Nikoloz Samxaradze daxildir.