Şalva Papuaşvili - Krım Platformasında parlament nümayəndə heyətlərinin Ukraynaya bir daha həmrəylik ifadə etmək imkanımız olacaq
Şalva Papuaşvili - Krım Platformasında parlament nümayəndə heyətlərinin Ukraynaya bir daha həmrəylik ifadə etmək imkanımız olacaq

 
Krım Platformasında parlament nümayəndə heyətlərinin Ukraynaya bir daha həmrəylik ifadə etmək imkanımız olacaq-bu barədə parlament nümayəndə heyəti ilə birlikdə Xorvatiyada Beynəlxalq Krım Platformasının birinci Parlament Sammitində iştirak edən Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib .

Parlament sədri bildirib ki, Gürcüstan rus təcavüzünün nə demək olduğunu və beynəlxalq ictimaiyyətdən lazımi cavabın verilməsinin nə qədər vacib olduğunu bilir.

“Nümayəndə heyətimiz və mənim çıxışıma gəlincə , Gürcüstanın təcrübəsindən irəli gələrək, bizim rus təcavüzünün nə demək olduğu, beynəlxalq ictimaiyyətin vaxtilə, mümkün qeyri-müvafiq reaksiyasının necə olduğu və rus təcavüzünə düzgün cavabın nə olması barədə söhbətimiz olacaq.

Biz bir neçə dəfə rus təcavüzünə məruz qalmış ölkəyik və düzgün reaksiyanın necə olmasını çox yaxşı bilirik. Təcrübəmizə əsaslanaraq, Ukrayna ilə həmrəylik dedikdə nəyin nəzərdə tutulması barədə danışacağıq” – deyə Şalva Papuaşvili bildirib.

Krım Beynəlxalq Platformasının birinci Parlament Sammitinin sessiyası açılıb.

Sammit çərçivəsində parlamentin sədri iştirakçılara müraciət edəcək.

Krım Beynəlxalq Platformasının birinci Parlament Sammitində 32 parlamentdən 43 nümayəndə heyəti , beş beynəlxalq parlament təşkilatı və 26 parlament sədri iştirak edir.

Səfər çərçivəsində parlament sədrinin və parlament nümayəndə heyətinin ikitərəfli görüşləri də nəzərdə tutulub.

Gürcüstan parlamentinin nümayəndə heyətinə parlamentin sədri ilə yanaşı, vitse-spiker Arçil Talakvadze və Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze daxildir.