Şalva Papuaşvili - korrupsioner və zorakı siyasi qruplar heç vaxt gürcü xalqının dəstəyini qazanmayacaq
Şalva Papuaşvili - korrupsioner və zorakı siyasi qruplar heç vaxt gürcü xalqının dəstəyini qazanmayacaq

Korrupsioner və zorakı siyasi qruplar heç vaxt gürcü xalqının dəstəyini qazana bilməyəcəklər,-bu sözləri parlamentin sədri Şalva Papuaşvili “Milli Hərəkat”ın keçmiş sədri Nika Melianın yeni siyasi platforması ilə bağlı sualı cavablandırarkən deyib.

“Problem partiyanın adında deyil, təşkilati struktur nədir, sədr kimdir, deputat kimdir və siyasi şura nədir. Müxalifətin problemi odur ki, korrupsiya və zorakılıq sisteminin yaradıcısı onlardır. Onlar siyasi fəaliyyətdə korrupsiya və zorakılığa meyilli olmaqdan başqa heç nə əldə edə bilməyiblər. Ona görə də insanlar onlara yox deyirlər.

Ön və arxa cinahlarda konfiqurasiyanın, kimin kiminlə qoşalaşacağı, kimin hansı adı daşıyacağı və kimin lider olacağı önəmli deyil, problem fəlsəfədədir – korrupsioner və zorakı siyasi qruplar gürcü xalqının heç vaxt dəstəyini qazana bilməyəcək” – Papuaşvili bildirib.