Şalva Papuaşvili - Koreya Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, bu səbəbdən bu dəstəyin BMT-nin qətnamələrinin aktiv dəstəklənməsində ifadə edilməsi vacibdir
Parlament əməkdaşlığından, dostluq qruplarından, komitələr arasında əlaqələrdən danışdıq. Parlament diplomatiyasının aləti kimi bizim üçün bu əlaqələr önəmlidir. Gürcüstan parlamentinin Koreya tərəfinin böyük əməkdaşlıq və yardım təcrübəsi var-bu barədə parlamentin sədri Şalva Papuaşvili bildirib.
Papuaşvili səfər çərçivəsində ölkələr arasında əlaqələrin möhkəmlənməsinə toxunulduğunu qeyd edib.
“Mən həmkarımı Gürcüstana səfərə dəvət etdim və bu səfər gələn il baş tutacaq. Yaxşı ki, belə şəxsi münasibətlər formalaşıb. Bundan əlavə, ölkələr arasında əlaqələrin gücləndirilməsindən danışdıq. Gürcüstan və Koreya arasında ticarət əlaqələrinin möhkəmlənməsinə kömək edəcək azad ticarət sazişinin tezliklə bağlanması istəyindən söz düşdü. Bundan əlavə, Gürcüstan kimi Koreyanın da geosiyasi baxımdan müəyyən mənada logistika mərkəzi funksiyası var və bu baxımdan bizim üçün beynəlxalq daşıma logistikası məsələlərində təcrübə mübadiləsi vacibdir. Gürcüstanın ərazi bütövlüyünü və xüsusilə BMT-də məcburi köçkünlərlə bağlı qətnamələri dəstəkləmək bizim üçün vacibdir. Koreya Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu səbəbdən bu dəstəyin BMT-nin qətnamələrinin aktiv dəstəklənməsində ifadə edilməsi vacibdir. Bu, birgəsponsorluq, ya da başqa bir şey olacaq” – deyə Papuaşvili bildirib.