Şalva Papuaşvili - Konstitusiya Məhkəməsi konstitusiyanın pozulduğunu müəyyən edərsə, bu, artıq prezidentin əməlinə verilmiş həm hüquqi, həm də mənəvi qiymətdir
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə bildirib ki, Konstitusiya Məhkəməsi konstitusiyanın pozulduğunu müəyyən edərsə, bu, artıq prezidentin əməlinə verilmiş həm hüquqi, həm də mənəvi qiymətdir.
“İmpiçment məsələsinə gəlincə, burada bizim üçün ən vacibi Konstitusiya Məhkəməsinin bu məsələni müzakirə etməsi və öz hüquqi hökmünü verməsidir. Dedik ki, Gürcüstan parlamentində 100 səs toplamaq mümkün deyil. Biz də görürük ki, müxalifət, təbii ki, bu məsələ ilə mübarizə aparır. Konstitusiyaya zidd olan, parçalanmaya səbəb ola biləcək hər şey onlar üçün faydalıdır və məqbuldur, ona görə də, şübhəsiz ki, impiçmenti dəstəkləməyəcəklər, amma Konstitusiya Məhkəməsinin müzakirəsi vacibdir. Əgər məhkəmə konstitusiyanın pozulduğunu müəyyən edərsə, bu, təbii ki, prezidentin əməlinə verilmiş həm hüquqi, həm də mənəvi qiymətdir”- Şalva Papuaşvili bildirib.