Parlamentin sədri Şalva Papuaşvili parlamentin üzvləri İrakli Kadaqişvili və Quram Macaraşvili ilə birlikdə Laqodexi Munisipalitetində ənənəvi xalq bayramı “Heretoba-2024”də iştirak edib.
“Bu gün Laqodexidə bu gözəl guşənin böyük bayramı olan “Heretoba” qeyd olunur. Gürcüstanın müxtəlif guşələrinin övladlarını birləşdirən gün və Laqodexidə bu birlik xüsusilə hiss olunur. Hər kəsi bu bayram münasibətilə təbrik edirəm” – Şalva Papuaşvili bildirib.
Bütün gün boyu təntənəli tədbirlər keçirilirdi. Müxtəlif mədəni-idrak və əyləncə tədbirləri keçirildi.
Tədbirin iştirakçıları yerli şərab sahibkarlarının təqdim etdiyi şərabları və Gürcüstanın müxtəlif guşələrinin təamlarını dadmaq imkanı əldə ediblər. Həmçinin, əl işlərinin sərgisi/satışı keçirilib.
Bayram tədbirində Laqodexinin fəxri vətəndaşları mükafatlandırıldılar.
Xalq bayramı qala-konsertlə başa çatdı.