Şalva Papuaşvili - Kaxovkada bəndin dağıdılması daha bir məsuliyyətsiz hərəkətdir, Rusiya sərhədləri olmayan qəddarlığa son qoymalıdır
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Kaxovkada SES-də baş verən partlayışa münasibət bildirib. Papuaşvilinin “Twitter” səhifəsində yazdığı kimi, bu, Rusiyanın daha bir məsuliyyətsiz hərəkətidir.
O, Rusiyanın sərhədləri olmayan qəddarlığa son qoyması gərəkdiyini bildirib.
“Dnipro bölgəsində Kaxovka SES-in bəndinin dağıdılması Rusiyanın Ukraynaya qarşı müharibəsinin fəlakətli nəticəsi olan daha bir məsuliyyətsiz hərəkətdir. Rusiya sərhədləri olmayan, bütün regionlara və ondan kənara mənfi təsir göstərən qəddarlığa son qoymalıdır. Avropa İttifaqını və effektiv təsir alətlərinə malik olan digərlərini bu fəlakətə daha effektiv şəkildə son qoymağa çağırırıq” – deyə Şalva Papuaşvili yazır.