Şalva Papuaşvili Cənubi Koreya Respublikasının Milli Assambleyasının sədri ilə görüşüb
Şalva Papuaşvili Cənubi Koreya Respublikasının Milli Assambleyasının sədri ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Koreya Respublikasının Milli Assambleyasının sədri Jin-Pyo Kim ilə görüşüb.

Parlamentin mətbuat xidməti tərəfindən verilən məlumatda qeyd olunub ki, Şalva Papuaşvili “Covid-19” pandemiyası ilə mübarizədə Gürcüstana göstərdiyi dəstəyə görə Koreya tərəfinə minnətdarlığını bildirib, eyni zamanda görüşdə parlamentlərarası əlaqələr müzakirə olunub və dostluq qrupları da daxil olmaqla mövcud əməkdaşlığı dərinləşdirməyə hazırlıq ifadə olunub.

“Şalva Papuaşvili Gürcüstanın logistika sənayesi, “smart” texnologiyalar və startapların inkişafı sahələrində Koreya Respublikasının qabaqcıl təcrübələri ilə maraqlandığını qeyd edib. Görüşdə 2022-ci ildə Gürcüstan və Koreya Respublikası arasında diplomatik əlaqələrin 30-cu ildönümünün qeyd edildiyi vurğulanıb. Görüş parlament sədrinin Parlamentlərarası İttifaqın 145-ci Assambleyasının keçirildiyi Ruandaya rəsmi səfəri çərçivəsində baş tutub” – deyə parlamentin yaydığı məlumatda bildirilir.