Şalva Papuaşvili İtaliya Parlamentinin Deputatlar Palatasının sədri ilə görüşüb
Şalva Papuaşvili İtaliya Parlamentinin Deputatlar Palatasının sədri ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İtaliya parlamentinin Deputatlar Palatasının sədri Lorentso Pontana ilə görüşüb.

Tərəflər parlament əməkdaşlığının gücləndirilməsindən danışıblar. Həmçinin son illərdə təhsil, mədəniyyət və ticarət sahələrində Gürcüstan-İtaliya əlaqələrinin artan dinamikasını alqışlayıblar.

Gürcüstan parlamentinin sədri Gürcüstanın Avropa İttifaqına daxil olmaq yolunda irəliləyişindən danışıb və Gürcüstana namizəd ölkə statusunun verilməsində İtaliyanın dəstəyinə ümid etdiyini bildirib.

Lorentso Pontana Gürcüstanla əməkdaşlığı daha da dərinləşdirməyə hazırlıq ifadə edib və İtaliyanın namizəd ölkə statusu da daxil olmaqla Gürcüstanın Avropa və Avro-Atlantik istəklərini dəstəklədiyini qeyd edib.

Bununla yanaşı, Gürcüstan və İtaliya parlamentlərinin sədrləri beynəlxalq təhlükəsizlik mühitini, Cənubi Qafqazda cari hadisələri və Avropa İttifaqının artan geosiyasi rolunu müzakirə ediblər.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.