Şalva Papuaşvili - İstanbulda baş verən faciə ilə bağlı türk xalqına dərin hüznlə başsağlığı verirəm
İstanbulda baş verən faciə ilə bağlı türk xalqına dərin hüznlə başsağlığı verirəm – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazıb.
“İstanbulda baş verən faciə ilə bağlı türk xalqına dərin hüznlə başsağlığı verirəm. Həlak olanların dostları və ailələri ilə dərin həmrəyliyimizi ifadə edirik. Bütün yaralıların tezliklə sağalmasını arzu edirik. Bu çətin zamanda düşüncələrimiz və dualarımız sizinlədir” – deyə Şalva Papuaşvili “Twitter”də yazır.
Son məlumatlara görə, İstanbulda törədilən terror aktı nəticəsində 8 nəfər həlak olub, 81 nəfər isə yaralanıb. Yaralılardan 50-si artıq xəstəxanadan buraxılıb, 5-i isə reanimasiya şöbəsindədir. Türkiyənin daxili işlər naziri partlayışda şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb. O bildirib ki, terakt əmri “Kürdüstan Fəhlə Partiyası” və “Xalq Müdafiə Birlikləri” adlı kürd qruplaşmasının qərargahının olduğu Suriyanın şimalındakı Ayn al-Arab şəhərindən verilib.