Şalva Papuaşvili İspaniya və Portuqaliyaya səfər edəcək
Şalva Papuaşvili İspaniya və Portuqaliyaya səfər edəcək

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili nümayəndə heyəti ilə birlikdə noyabrın 21-26-da İspaniya və Portuqaliyaya səfər edəcək. Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır. İdarədən verilən məlumatda parlament sədrinin İspaniya Krallığı Senatının sədri, İspaniya Krallığı Deputatlar Konqresinin prezidenti və Portuqaliya Milli Assambleyasının prezidenti ilə görüşəcəyi deyilir.

İspaniya Senatının və Deputatlar Palatasının xarici işlər komitələrinin sədrləri, Senat, Deputatlar Palatasının və komitələrin üzvləri ilə görüşlər keçiriləcək. Həmçinin, Şalva Papuaşvilinin Portuqaliya Milli Assambleyasının komitələrinin sədrləri və Portuqal dilli Ölkələr Birliyinin icraçı katibi ilə görüşü nəzərdə tutulub.

Parlamentin sədri Lissabon Muxtar Universitetində keçiriləcək tədbirdə iştirak edəcək, o, xarici siyasət mütəxəssisləri və beynəlxalq münasibətlər fakültəsinin tələbələri ilə görüşəcək.

Səfər çərçivəsində İspaniya və Portuqaliyadakı gürcü diasporunun nümayəndələri ilə görüş keçirilməsi nəzərdə tutulub.

Gürcüstan parlamentinin nümayəndə heyətinin tərkibinə Şalva Papuaşvili ilə yanaşı, Levan İoseliani, Davit Sonğulaşvili, Beka Odişaria, Levan Karumidze, İrma Zavradaşvili və parlament sədrinin kabinetinin rəhbəri Levan Maxaşvili daxildir.