Şalva Papuaşvili İspaniya Krallığının Senatının prezidenti ilə görüşüb
Şalva Papuaşvili İspaniya Krallığının Senatının prezidenti ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İspaniya Krallığının Senatının prezidenti Ander Qillə görüşüb.

Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatında tərəflərin Gürcüstan və İspaniya arasında əməkdaşlığı müzakirə etdikləri deyilir. Vurğulanıb ki, bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur və bu, parlament, mədəni və iqtisadi əlaqələrin daha da dərinləşməsi, parlament diplomatiyasının gücləndirilməsi üçün yaxşı fürsətdir.

Şalva Papuaşvili Ander Qillə Aİ və NATO-ya üzvlük baxımından Gürcüstanın irəliləyişindən danışıb.

Senatın prezidenti Gürcüstanın Avropa İttifaqına üzvlüyünü dəstəkləməyə hazır olduğunu bildirib və Gürcüstanın Aİ-yə üzvlük yolunda göstərdiyi səylərə görə Şalva Papuaşviliyə təşəkkür edib. O, həmçinin Gürcüstanın regional sülh və sabitlik üçün vacib ölkə olduğunu qeyd edib.

Gürcüstan parlamentinin nümayəndə heyətinin tərkibinə Şalva Papuaşvili ilə yanaşı, Levan İoseliani, Davit Sonğulaşvili, Beka Odişaria, Levan Karumidze, İrma Zavradaşvili və parlament sədrinin kabinetinin rəhbəri Levan Maxaşvili daxildir.