Şalva Papuaşvili İspaniya Krallığının Nümayəndələr Palatasının prezidenti Mariçel Batet ilə görüşüb
Şalva Papuaşvili İspaniya Krallığının Nümayəndələr Palatasının prezidenti Mariçel Batet ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili İspaniya Krallığının Nümayəndələr Palatasının prezidenti Mariçel Batet ilə görüşüb.

Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatında Şalva Papuaşvilinin İspaniyanın Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə Nümayəndələr Palatasının prezidentinə təşəkkür etdiyi və İspaniya Krallığının Deputatlar Palatasının Xarici İşlər Komitəsinin qəbul etdiyi qətnaməni vurğuladığı deyilir.

Tərəflər parlamentlərarası, o cümlədən sahə komitələri və dostluq qrupları arasında əlaqələrin dərinləşdirilməsindən danışıblar. Bu kontekstdə İspaniya Nümayəndələri Konqresinin Xarici İşlər Komitəsinin 2022-ci ilin iyulunda Gürcüstana səfəri müsbət qiymətləndirilib. Son 30 ildə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın artan dinamikasını alqışlayıblar.

Həmçinin, Rusiyanın Ukraynaya təcavüzünə, Qara dəniz regionunun və Avropanın təhlükəsizlik çağırışlarına toxunulub.

Şalva Papuaşvili ispaniyalı həmkarını Gürcüstan tərəfindən Aİ-nin tövsiyələrinin icrasının gedişatındakı irəliləyiş barədə məlumatlandırıb.

Mariçel Batet İspaniyanın Gürcüstanın ərazi bütövlüyü və Avropa gələcəyinə qəti dəstəyini davam etdirəcəyini qeyd edib.

Gürcüstan parlamentinin nümayəndə heyətinin tərkibinə Şalva Papuaşvili ilə yanaşı, Levan İoseliani, Davit Sonğulaşvili, Beka Odişaria, Levan Karumidze, İrma Zavradaşvili və parlament sədrinin kabinetinin rəhbəri Levan Maxaşvili daxildir.