Şalva Papuaşvili İslandiya, Latviya, Litva və Estoniyanın xarici işlər nazirləri ilə görüşdü
Gürcüstan parlamentinin sədri İslandiyanın xarici işlər naziri Tordis Kolbrun Reykford Gilfadottir, Latviyanın xarici işlər naziri Bayba Braje, Litvanın xarici işlər naziri Qabrielius Landsberqis və Estoniyanın xarici işlər naziri Tsakna Marqus ilə görüşdü.
Tərəflər parlamentin qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanunu müzakirə etdilər. Nümayəndə heyətinin üzvləri sözügedən qanunun qəbulu ilə bağlı narahatlıqlarını bildirdilər. Gürcüstan tərəfi qeyri-hökümət təşkilatları sahəsində şəffaflığın az olması problemini və bunun həllinin vacibliyini vurğuladı.
Tərəflər gələcək addımlarla bağlı da səhbət etdilər. Gələcək dialoqa hazır olduqları qeyd olundu.
Görüşdə parlament sədrinin müavini Nino Tsilosani, Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və Avropayla İnteqrasiya Komitəsinin sədri Maka Boçorişvili iştirak edirdilər.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.