Şalva Papuaşvili - işğal olunmuş ərazilərdə keçirilən heç bir referendumun legitimliyi yoxdur
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin sözlərinə görə, işğal olunmuş ərazilərdə keçirilən heç bir referendumun legitimliyi yoxdur.
Onun sözlərinə görə, işğal olunmuş ərazilərdən oxşar müraciətlər indiyədək də edilib.
“Bu baxımdan yeni heç nə görmürük, işğal olunmuş ərazilərdən vaxtaşırı belə müraciətlər olur. Fikrimcə bu da yəqin ki, daxili siyasi məsələnin bir hissəsidir, lakin özü-özlüyündə işğal olunmuş ərazilərdə keçirilən heç bir referendumun legitimliyi yoxdur. İndiyədək belə cəhdlər, müraciətlər olub, təbii ki, bunun heç bir hüquqi qüvvəsi yoxdur”- deyə Şalva Papuaşvili bildirib.
İşğal altındakı Cənubi Osetiyanın de-fakto lideri Anatoli Bibilov bildirib ki, “Cənubi Osetiya yaxın gələcəkdə Rusiya Federasiyasına daxil olmaq üçün hüquqi addımlar atacaq”.
Bununla yanaşı, işğal altındakı Sxinvalinin de-fakto prezidentinin mətbuat katibi: “Cənubi Osetiyanın Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı bütün hüquqi prosedurlar prezident seçkilərindən sonra tamamlanacaq”-deyə qeyd edib .