Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb.
Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatında Şalva Papuaşvilinin güclü Azərbaycan dövlətinin formalaşmasında və Cənubi Qafqazda strateji layihələrin inkişafında Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyevin irsini xüsusilə vurğuladığı deyilir.
Verilmiş məlumatda parlament sədrinin Gürcüstanın ərazi bütövlüyünə verdiyi qəti dəstəyə və Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsində şəxsi töhfəsinə görə İlham Əliyevə minnətdarlığını ifadə etdiyi bildirilir.
“Tərəflər iki ölkə arasında münasibətlərin dinamikasını müsbət qiymətləndiriblər. Enerji, nəqliyyat, ticarət və digər sahələrdə effektiv əməkdaşlığa diqqət yetirilib. İki ölkənin və Avropanın enerji təhlükəsizliyi üçün ticarətin dırnaq arası Orta Marşrutunun artan əhəmiyyəti vurğulanıb. Görüşdə həmçinin regionda cərəyan edən hadisələrə toxunulub. Tərəflər regional sülh, firavanlıq və sabitliyin təşviqi istiqamətində əməkdaşlığı davam etdirməyə dair hazırlıq ifadə ediblər” -deyə məlumatda deyilir.