Şalva Papuaşvili - hüquqi baxımdan prezident Nika Qvaramianın əfvi ilə bağlı izahat verməyə borclu deyil, hərçənd fikrimcə, siyasi baxımdan bu qərarı gürcü xalqına izah etmək borcu daşıyır
Şalva Papuaşvili - hüquqi baxımdan prezident Nika Qvaramianın əfvi ilə bağlı izahat verməyə borclu deyil, hərçənd fikrimcə, siyasi baxımdan bu qərarı gürcü xalqına izah etmək borcu daşıyır

 
Təəssüf ki, prezidentin əfvlə bağlı heç bir izahatla müşaiyət olunmayan son qərarına şahid olduq və burada da prezident izahat verməyə borclu olmadığını deməklə özünə haqq qazandırdı – bu barədə parlamentin sədri Şalva Papuaşvili “İmedi”nin efirində Nika Qvaramianın əfv olunması haqqında danışarkən deyib.

“Əlbəttə, hüquqi baxımdan o, izahat verməyə borclu deyil, hərçənd fikrimcə, siyasi baxımdan o, gürcü xalqına bu qərarı izah etməyə borcludur. Bu qərardan sonra biz şərhlər eşitdik ki, bu, depolarizasiyaya doğru bir addımdır, Nika Qvaramianın əfv olunmasını nəzərdə tuturam. Gürcü xalqı üçün bu, gözə kül tökmək mənasına gəlir” -deyə Şalva Papuaşvili bildirib.