Şalva Papuaşvili, hökumətin tərkibi və hökumət proqramının cümə axşamı təsdiqlənəcəyinə dair məlumat verib
Hökumətin tərkibi və hökumət proqramı ilə bağlı komitə dinləmələri bazar ertəsindən başlayacaq.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin jurnalistlərə açıqladığı kimi, hökumətin dinləmələrinin və səsvermənin gündəliyi parlamentin bürosunun sabahkı iclasında razılaşdırılacaq.
Plenar iclasda hökumətin tərkibinin və hökumət proqramının səsə qoyulmasına və təsdiqinə gəlincə, parlament sədri prosedurun cümə axşamına planlaşdırıldığını bildirib.
“İrakli Kobaxidzenin dediyi kimi, o, sabah parlamentdə hökumətin tərkibi və hökumət proqramı ilə müraciət edəcək. Sabah saat 17:00-da büronun iclası təyin olunacaq və gündəliyi müzakirə edəcəyik. Gələn həftədən, artıq bazar ertəsindən hökumətin tərkibi ilə bağlı komitə dinləmələri olacaq və planımız budur ki, həftənin sonuna, cümə axşamı üçün hökumətin tərkibini plenar iclasda müzakirə edib, səsə qoyaq”-Şalva Papuaşvili açıqlayıb.