Şalva Papuaşvili Hindistan Parlamentinin yuxarı palatasının vitse-spikeri ilə görüş keçirdi
Şalva Papuaşvili Hindistan Parlamentinin yuxarı palatasının vitse-spikeri ilə görüş keçirdi

Gürcüstan parlamentinin sədri, Şalva Papuaşvili və Parlament nümayəndə heyətinin üzvləri Hindistan Parlamentinin yuxarı palatasının vitse-spikeri, Harivanşi Narayan Sinqx ilə görüşdülər.

Görüşdə tərəflər Rusiyanın Ukraynaya təcavüzündən danışdılar. Qeyd olundu ki, təcavüz sülhə və beynəlxalq hüququn fundamental prinsiplərinə xələl gətirdiyi üçün qəbuledilməzdir.

Tərəflər iki ölkə arasında əməkdaşlığın potensial istiqamətlərini, o cümlədən ticarət-iqtisadiyyat, təhsil, mədəniyyət və insanlar arasında münasibətləri müzakirə etdilər.

Görüşdə ikitərəfli əməkdaşlığın və parlamentlərarası əlaqələrin, o cümlədən parlamentlərin administrasiyaları səviyyəsində dərinləşdirilməsi perspektivlərinə diqqət yetirildi.

Şalva Papuaşvili gürcü xalqı adından Kraliça Ketevanın qalıqları fraqmentlərinin 2021-ci ildə Gürcü Pravoslav Kilsəsinə təhvil verilməsinə görə Hindistan tərəfinə təşəkkürünü bildirdi.

Görüşlər Parlamentlərarası İttifaqın Ruandada keçirilən 145-ci Assambleyası çərçivəsində baş tutdu.

Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.