Şalva Papuaşvili - Hər ölkə öz seçkilərini keçirəsidir və nədənsə bizim müxalifətə danışmağa mövzular verməyə vaxt tapırlar
Hər ölkə öz seçkilərini keçirəsidir və nədənsə bizim müxalifətə danışmağa mövzular verməyə vaxt tapırlar – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə bildirib.
Papuaşvili bildirib ki, gün keçmir ki, Gürcüstanın seçkiləri ilə bağlı kimsə nəsə deməsin.
“Seçki siyahımızın ilk iyirmiliyi ilə əlaqədar siz müxalifətin, onu dəstəkləyən “QHT”lərin necə çarəsizliyə düşdüyünü gördünüz, çünki onlar başa düşürlər ki, bu, onların yekun olaraq məğlubiyyətinin siyahısıdır. Parlamentdə konstitusiya çoxluğunu qazanacaq siyahı. Xalqın reaksiyasını gördük, o cümlədən əfsanələrimizin ilk iyirmilikdə olmasına sevindilər. Bidzina İvanişvilinin özünün siyahının başında olacağına və “Gürcü Arzusu”nu konstitusiya çoxluğuna doğru irəliyə onun aparacağına sevindilər. Ona görə də vacibdir və bu da bütün vətənpərvər gürcülərə bir mesajdır ki, oktyabrın 26-da “Gürcü Arzusu”nu dəstəkləsinlər, evdə qalmasınlar, hamı çıxsın. Oktyabrın 26-da məsələ həll olunur – bu, ölkə azad, öz xalqının mənafeyindən çıxış edən ölkə olacaq, yoxsa başqa xalqların, başqa, xarici siyasi qrupların maraqlarının daşıyıcısı olacaq, yoxsa tamamilə kənar qrupa tabe olan müxalifətdən bizim gördüyümüz kimi olacaq. Seçki kampaniyasını belə bayırda apardıqlarını və kənardan apardıqlarını görürsünüz. Gün keçmir ki, Gürcüstanın seçkiləri ilə bağlı kimsə nəsə deməsin. Hər ölkə öz seçkilərini keçirəsidir və nədənsə bizim müxalifətə danışmağa mövzular verməyə vaxt tapırlar” – Şalva Papuaşvili bildirib.