Şalva Papuaşvili - hər birimizin yas tutduğu Saqarecoda baş verən faciəyə görə kədərləndiyimi ifadə edirəm, yaralılara tezliklə sağalmalarını arzulayıra
Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvili Saqarecoda baş vermiş faciədən kədərləndiyini ifaedə edir, həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verir.
Şalva Papuaşvilinin yazdığı kimi, o, yaralıların tezliklə sağalıb ailələrinə qayıtmalarını arzulayır.
“Saqarecoda baş verən faciəyə görə dərin kədərləndiyimi ifadə edirəm. Günahsız insanlar və qəhrəman polis işçisi həlak oldu. Bunu dərk etmək ağırdır. Onların ailələri və əzizləri ilə birlikdə hər birimiz bu faciəyə yas saxlayırıq. Həlak olanların ailə üzvlərinə və yaxınlarına, bütün Gürcüstana başsağlığı verir. Yaralıların tezliklə sağalıb ailələrinə qayıtmalarını arzulayıram”, – Şalva Papuaşvili sosial şəbəkədə yazır.
Saqarecoda, korpusların birindən naməlum şəxs atəşi gecə yarısı açdı.
Son məlumatla, atəş nəticəsində beş nəfər həlak oldu, beş nəfər isə, yaralandı. DİN-in məlumatına görə, hadisə yerinə xüsusi təyinatlı dəstə üzvləri gedən kimi, hücumçu odlu silahdan atəş açaraq, güman edildiyinə görə, intihar etdi.