Şalva Papuaşvili - həm prezidentin gürcü şirkətini boykot etməsi, həm də gürcü şirkətinin prezidenti boykot etməsi mənim üçün qəbuledilməzdir
Həm prezidentin gürcü şirkətini boykot etməsi, həm də gürcü şirkətinin prezidenti boykot etməsi mənim üçün qəbuledilməzdir -bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlayıb.
Papuaşvili, Gürcüstan Prezidenti Salome Zurabişvilinin “Georgian Airways”ə boykot elan etdiyi bəyanatına, eləcə də bununla əlaqədar aviaşirkətin prezidenti arzuolunmaz şəxs elan etdiyini və prezidentin gürcü xalqı qarşısında üzr istəməsinə qədər gəmiyə buraxılmayacağını açıqlayan şirkətin direktoru Tamaz Qaiaşvilinin cavabına münasibət bildirib.
“Mən bu məsələni qiymətləndirə bilmərəm, bu, onların dialoqunun məsələsidir. Həm prezidentin gürcü şirkətini boykot etməsi, həm də gürcü şirkətinin prezidenti boykot etməsi mənim üçün qəbuledilməzdir”-deyə Şalva Papuaşvili açıqlayıb.