Şalva Papuaşvili - heç kim köməkdən utanmır, biz də lazım olanda qonşularımıza kömək edirik və qonşular da lazım olarsa bizə kömək edəcək, indi köməyə ehtiyac yox idi
Şalva Papuaşvili - heç kim köməkdən utanmır, biz də lazım olanda qonşularımıza kömək edirik və qonşular da lazım olarsa bizə kömək edəcək, indi köməyə ehtiyac yox idi

Heç bir köməyə ehtiyac yox idi, əvvəldən izah edildi ki, yerinə yetirilməsi mümkün olmayan bir dənə də olsun fövqəladə xilasetmə tədbiri və tapşırığı yoxdur”, – parlamentin sədri Şalva Papuaşvili bildirib.

Yayılan məlumatla bağlı Papuaşvilidən soruşublar ki, guya bir neçə ölkə Gürcüstana yardım təklif edib, hökumət bundan imtina edib.

“Əlbəttə, buna ehtiyac yox idi, əks halda heç kim kömək istəməkdən utanmır. Biz də lazım olanda qonşularımıza kömək edirik. Bu, ölkələr arasında münasibətlərdə adi haldır. Siz bir daha görürsünüz ki, nə qədər texnika, insan, xilasedicilər və hərbçilər səfərbər olunub, ona görə də bununla bağlı ehtiyac yox idi”, – Papuaşvili bildirib.

Avqustun 3-də Şovidə sürüşmə baş verib. Hazırda mövcud olan məlumata görə, 18 nəfər ölüb, 17 nəfər isə təbii fəlakət zonasında axtarılır.

Gürcüstanda 7 avqust matəm günü elan edilib.