Şalva Papuaşvili - hazırda Gürcüstanda anti-Çin əhval-ruhiyyəsi qızışdıranların hamısı strateji əhəmiyyətli layihələri pozmağa, Gürcüstanı dəhlizə deyil, dalana çevirməyə yönəlib
Şalva Papuaşvili - hazırda Gürcüstanda anti-Çin əhval-ruhiyyəsi qızışdıranların hamısı strateji əhəmiyyətli layihələri pozmağa, Gürcüstanı dəhlizə deyil, dalana çevirməyə yönəlib

Hazırda Gürcüstanda anti-Çin əhval-ruhiyyəsi qızışdıranların hamısı Gürcüstanın strateji əhəmiyyətli layihələrini pozmağa və Gürcüstanı dəhlizə deyil, dalana çevirməyə yönəlib, – Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Şalva Papuaşvilinin qeyd etdiyinə görə, Avropa İttifaqı və bir çox başqa ölkələr Çinlə strateji tərəfdaşlığa malikdir.

“İndi bunu xüsusi bir şey kimi təqdim etmək mütləq manipulyasiya və anti-Gürcü təbliğatıdır. Çünki bu, Gürcüstanın maraqlarına ziddir. Gürcüstanın marağı Orta Dəhlizdir, İpək Yoludur ki, bu gün çoxlu buradan yüklər daşınır, çünki Rusiyadan keçən sözdə Şimal Dəhlizi bağlanıb və görünür, uzun müddət bağlı qalacaq. İndi bizim bu dəhlizi istifsadə etmək, Çin və Avropa İttifaqı arasında hərəkət edən bu yüklərin Gürcüstandan keçməsini təmin imkanımız var. Siz buna qarşı çıxan insanlar haqqında düşünməlisiniz, bu insanların arxasında hansı maraqlar, hansı maliyyə dayanır, çünki fakt budur ki, hazırda Gürcüstanda anti-Çin əhval-ruhiyyəsi alovlandıran hər kəs Gürcüstanda strateji əhəmiyyət kəsb edən layihələri pozmağa və Gürcüstanı dəhlizə deyil, dalana döndərməyə yönəlib” – Papuaşvili bildirib.

Çinə səfərindən sonra bu istiqamətdə hər hansı bir xəbərin olub-olmaması ilə bağlı sualı cavablandıran parlament sədri bildirib ki, layihə Orta Dəhlizin inkişafına aiddir və Orta Dəhliz də öz növbəsində heç bir yük və mal istehsal etmir.

“Dəhliz ideyası ondan ibarətdir ki, o, başqa ölkədən gələn və bizim dəhlizimizdən keçən yükləri daşımalıdır. Biz buranın Avropa ilə Asiya arasında körpü olduğunu danışanda, Asiyada nə nəzərdə tutulur, istər siyasi xəritəni, istər iqtisadi xəritəni, o cümlədən fiziki xəritəni açsınlar və dəhlizlərin haradan keçdiyinə, yüklərin haradan gəldiyinə baxsınlar və bu gün Gürcüstanı strateji dəhlizinə deyil, dalana çevirməyə çalışanların arxasında hansı maraqlar, hansı siyasi qruplar və ya maliyyə qrupları dayanır”, – Papuaşvili bildirib.