Şalva Papuaşvili - hamımız sülhün qədrini bilməliyik, qayğısına qalmalıyıq və çalışmalıyıq ki, qəlbimizdə, ailəmizdə, vətənimizdə əmin-amanlıq olsun
Biz hamımız sülhün qədrini bilməliyik, qayğısına qalmalıyıq və çalışmalıyıq ki, öz qəlbimizdə, ailəmizdə, vətənimizdə əmin-amanlıq olsun, – Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Papuaşvili bütün Gürcüstanı Milad bayramı münasibətilə təbrik edib.
“Bu gün Allahın hər birimizin ürəyində olduğunu bir daha düşünməli olduğumuz vacib bir gündür. Hər birimizin qəlbində, ailəmizdə, vətənimizdə xeyirxahlıq, sevgi hökm sürməli və hər gün bu hisslə yaşamalıyıq.
Dünən öz məktubunda patriarx bir neçə mühüm məsələyə, o cümlədən bu gün bütün dünyanın problemlə üz-üzə qalması məsələsinə diqqət çəkib. Müxtəlif bölgələrdə və xüsusən də bizim bölgədə sülh yoxdur. Odur ki, biz hamımız sülhün qədrini bilməli, onun qayğısına qalmalı və bu sülhün qəlbimizdə, ailəmizdə və vətənimizdə olması üçün çalışmalıyıq”, – Papuaşvili bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev