Şalva Papuaşvili - Gürcüstanın bölgələrinin Rusiya tərəfindən işğal olunmasına baxmayaraq, biz Ukrayna xalqını dəstəkləyirik, gürcü və ukrayna xalqına səslənirəm biz bu yoldan dönmək fikrində deyilik
Şalva Papuaşvili - Gürcüstanın bölgələrinin Rusiya tərəfindən işğal olunmasına baxmayaraq, biz Ukrayna xalqını dəstəkləyirik, gürcü və ukrayna xalqına səslənirəm biz bu yoldan dönmək fikrində deyilik

 

Gürcüstanın bölgələrinin Rusiya tərəfindən işğal olunmasına baxmayaraq, biz Ukrayna xalqını dəstəkləyirik, gürcü və ukrayna xalqına səslənirəm biz bu yoldan dönmək fikrində deyilik- bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Krım Beynəlxalq Platformasının birinci Parlament Assambleyasında çıxışı zamanı açıqlayıb, Ukraynaya dözüm və qələbə arzulayıb.

“Hörmətli həmkarlar və əziz dostlar, müasir dövrün ən çətin və təhlükəsizlik baxımından çağırışlarla dolu bir dövründə Krım Beynəlxalq Platformasının birinci Parlament Sammitində Ukraynanın dostları və tərəfdaşlarına müraciət etməkdən məmnunam.

Fevralın 24-də Ukrayna xalqı bomba yağışına oyandı. Qərbdə çoxları üçün bu gözlənilməz ola bilərdi, lakin təəssüf ki, biz gürcülər, moldovalılar və ukraynalılar bunu artıq dəfələrlə yaşamışıq. Gürcü xalqı həm sizin yaxşı bildiyiniz 2008-ci ildə, həm də 1990-cı illərin əvvəllərində Abxaziya və Sxinvali bölgəsində oxşar hücumların qurbanı oldu.

Biz rus tanklarının Gürcüstanın kəndlərini necə məhv etdiyinə, rus təyyarələrinin yaxşı gələcəyə olan ümidlərimizi necə bombaladığına şahid olduq. Yüz minlərlə insanın öz ata-baba yurdundan didərgin salınmasının , aylarla, illər boyu qırğından və etnik təmizləmədən qaçanların uşaqları və sevdikləri ilə birlikdə donmuş divarlara sığınmasına şahid olduq.

Yuxarıda deyilənləri nəzərə alsaq, bizdən yalnız bir cavab ola bilər: biz Rusiyanın Ukraynaya hücumunu və onun regionlarının qanunsuz ilhaqını pisləyirik.

Rusiya Ukraynanın ərazi bütövlüyünü tanımalı, qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalı və Ukraynanın müstəqilliyinə hörmət etməlidir.

2008 və 1990-cı illərin təcrübəsi bizə üç şeyi öyrətdi:

Birincisi-ədalət mühakiməsinin icrası və digər oxşar təcavüz cəhdlərinin aradan qaldırılması üçün ən mühüm amil olan təcavüzün bütün cinayətini sənədləşdirmək lazımdır. Gürcüstan Rusiyanın Ukraynadakı hərəkətlərini araşdırmaq üçün Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edilən bəyanatın həmmüəllifidir. Uzunmüddətli perspektivdə hüquqi davalarda qalib gəlmək vacibdir.

İkincisi-həm Ukraynanın, həm də Rusiya tərəfindən pozulmuş digər ölkələrin ərazi bütövlüyü tam bərpa olunana qədər beynəlxalq ictimaiyyətin birliyini və həmrəyliyini qorumaq zəruridir. Əks halda Rusiya qonşu ölkələrdə və onun hüdudlarından kənarda hərbi avantüralarını dayandırmayacaq. Biz bütün əsas beynəlxalq təşkilatlarda Ukrayna ilə həmrəyliyimizi ifadə etmişik və bundan sonra da bildirəcəyik. Eyni zamanda, Gürcüstan fevralın 24-dən sonra tətbiq edilən beynəlxalq sanksiyaları yumşaltmaq, sarsıtmaq və ya qarşısını almaq üçün ərazisinin və maliyyə sisteminin istifadəsinə imkan verməyəcək.

Üçüncüsü-beynəlxalq birlik beynəlxalq hüququn fundamental prinsiplərinə əməl olunmasında təkid etməlidir. Ərazi bütövlüyü prinsipinin güc tətbiqi ilə pozulması yolverilməzdir və yalnız beynəlxalq nizama xələl gətirir. Biz keçmişdə bu cür təcavüzə etinasızlığın beynəlxalq sistemdə yeni çatlar yaratdığına şahid olduq onların aradan qaldırılması artıq xeyli çətinləşib.

Gürcüstanın Ukraynaya dəstəyi qeyd-şərtsiz və daimidir. Gürcüstanın özünün ekzistensial təhlükə qarşısında olmasına baxmayaraq, biz Ukrayna xalqının yanındayıq, çünki bizim tarixi bölgələrimiz uzun müddətdir ki, Rusiya tərəfindən işğal olunub. Gürcü və ukrayna xalqı və onların adından səslənirəm biz bu yoldan dönmək fikrində deyilik.

Ukraynaya azadlıq və müstəqillik uğrunda bu tarixi mübarizədə dözüm və qələbə arzulayıram. Gürcüstanın əhalisi və hakimiyyəti həmişə sizin yanınızda olacaq. Ukraynaya şöhrət!”-deyə Şalva Papuaşvili bildirib.