Şalva Papuaşvili Gürcüstanda Hindistanın ilk rezident səfiri ilə görüşüb
Şalva Papuaşvili Hindistanın Gürcüstandakı ilk rezident səfiri Amit Kumar Mişra ilə görüşüb
Şalva Papuaşvili Amit Kumar Mişra ilə görüşüb.
Papuaşvili Tbilisidə Hindistan Respublikasının səfirliyinin açılmasını və Amit Kumar Mişranın Gürcüstanda Hindistanın ilk rezident səfiri təyin olunmasını müsbət qiymətləndirib və onu təbrik edib.
Parlament sədri Gürcüstan və Hindistan arasında artan əməkdaşlığa diqqət çəkib və ötən il Hindistana etdiyi rəsmi səfəri müsbət təcrübə kimi xatırladıb.
Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub. Xüsusilə parlamentlərarası əlaqələrin daha da gücləndirilməsi vurğulanıb. Bu çərçivədə Hindistan parlamentində Gürcüstanla dostluq qrupunun yaradıldığı qeyd olunub. Papuaşvili bildirib ki, Gürcüstan parlamenti həm dostluq qrupları, həm də sektor komitələri arasında mübadilələrə açıqdır.
Tərəflər həmçinin ticarət, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq barədə danışıblar. Səfir Hindistan şirkətləri üçün Gürcüstanla əməkdaşlığın, xüsusilə əczaçılıq və informasiya texnologiyaları sahəsində, maraqlı olacağını bildirib.
Hindistan səfiri Hindistan Respublikasının Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyib.
Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayıb.